Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

 

Bağırov Səhlab Aloş oğlu - Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini

Novruzov Səbuhi Məhərrəm oğlu- Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini

Təhməzov Mehman Vəli oğlu - Azərbaycan Respublikasında İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2013-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin