Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Abdullayev İsmayıl Əli oğlu

Əhmədov Əsgər Məmməd oğlu

Kazumov Orxan Vahid oğlu

Mehdiyev Əli Mehdi oğlu

Nağıyeva Aygün Nizami qızı.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin