Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin vəzifə (tarif) maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2010-cu il 4 iyun tarixli 106-6 nömrəli qərarlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 3896 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1557; 2022, № 6, maddə 680; 2023, № 1, maddə 135) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur, məxfi).

2. Bu Qərar 2023-cü il mayın 23-dən tətbiq edilir.

 

 Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyul 2023-cü il

 № 240

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin