Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN 2008-Cİ İL BÜDCƏSİNDƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, eyni zamanda 2008-ci il üçün dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Dövlət Neft Fondunun büdcəsində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»nın 5.4.1.-ci və 5.4.2.-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 687 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər və əlavələredilsin:
1.1. Fərmanın 1-ci bəndində “gəlirləri 3 609 361,0 min manat”
sözləri “gəlirləri 10 144 743,2 min manat” sözləri ilə, “xərcləri 1 680 853,6 min manat” sözləri “xərcləri 4 380 853,6 min manat” sözləri ilə əvəz edilsin.
1.2. Fərmanın 2-ci bəndində verilmiş cədvəl aşağıdakı redaksiyada verilsin:
 

Sıra

N-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

9 819 516,0

2.

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

104 806,0

3.

Xam neftin ixrac qiyməti üzrə Dövlət Neft Fonduna köçürülən yığımlar

70 623,1

4.

Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər

148 898,1

5.

Digər gəlirlər və daxilolmalar

900,0

CƏMİ

10 144 743,2

1.3. Fərmanın 3-cü bəndində verilmiş cədvəlin 2-ci sırasında “1 100 000,0” rəqəmləri “3 800 000,0” rəqəmləri ilə əvəz edilsin və xərclərin məbləğinin cəmi göstərilən sırada “1 680 853,6” rəqəmləri “4 380 853,6” rəqəmləri ilə əvəz edilsin.
2.   Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı
Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3.   Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin