Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİNİN ƏSASNAMƏSİNİN TƏSDİQ EDİLMƏSİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ VƏ «AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TİKİNTİ VƏ ARXİTEKTURA KOMİTƏSİ HAQQINDA ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ» 2001-Cİ İL 21 DEKABR TARİXLİ 606 NÖMRƏLİ FƏRMANININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 2 nömrəli əlavəsinin «İdxal» bölməsinin dördüncü abzasında «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

2. «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 721 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 382) 2-ci bəndinin ikinci və üçüncü abzaslarında «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» sözləri ilə əvəz edilsin.

3. «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 386; 2002-ci il, № 1, maddə 14; 2006-cı il, № 9, maddə 743, № 11, maddə 943; 2007-ci il, № 11, maddə 1115; 2008-ci il, № 1, maddə 8) 2-ci bəndinin səkkizinci abzasında «və Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi həyata keçirirlər» sözləri «Dovlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla həyata keçirir» sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 26 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 668; 2003-cü il, №10, maddələr 546, 571) ilə təsdiq edilmiş «Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları»nın 10-cu bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 345, № 9, maddə 542; 2001-ci il, № 7, maddə 456, № 9, maddə 593; 2002-ci il, № 7, maddə 412, № 8, maddə 480; 2003-cü il, № 6, maddə 290, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19, № 7, maddə 537; 2005-ci il, № 2, maddə 69, № 7, maddə 597; 2006-cı il, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049; 2007-ci il, № 2, maddə 97, № 8, maddə 769, № 11, maddə 1105; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 may tarixli 762 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə 1 nömrəli Əlavənin 1-ci bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsinin» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin» sözləri ilə əvəz edilsin.

6. «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 187 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 497; 2006-cı il, №7, maddə 590) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

6.1. ikinci, üçüncü və beşinci abzaslarında «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» sözləri ilə əvəz edilsin;

6.2. altıncı abzasında «17-ci maddəsinin beşinci abzasında və» sözləri çıxarılsın;

6.3. aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

«17-ci maddəsinin beşinci abzasında nəzərdə tutulmuş «müvafiq orqanlar»ın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

7. «Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 158; 2001-ci il, № 10, maddə 640, № 12, maddə 755; 2003-cü il, № 10, maddə 546; 2004-cü il, № 2, maddə 69; 2006-cı il, № 8, maddə 660; 2007-ci il, № 11, maddə 1110; 2008-ci il, № 3, maddə 174) 1-ci bəndinin onuncu abzasında «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» sözləri ilə əvəz edilsin.

8. «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 90; 2007-ci il, № 2, maddə 87, № 8, maddə 769) 4-cü bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 486; 2007-ci il, № 5, maddə 459) ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat»ın 25-ci bəndinin altıncı abzasında «Dövlət Tikinti və Arxitektura Komitəsinin» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin» sözləri ilə əvəz edilsin.

10. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 952 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 557) 1-ci bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Nazirlər Kabineti» sözləri ilə əvəz edilsin.

11. «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 953 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 558) 1-ci bəndinə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

11.1. ikinci abzasında «rayon və şəhər icra hakimiyyəti orqanları» sözlərindən əvvəl «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,» sözləri əlavə edilsin;

11.2. üçüncü abzasında «Fövqəladə Hallar üzrə Dövlət Komissiyası» sözləri «Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» sözləri ilə əvəz edilsin, «Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi,» sözləri isə çıxarılsın.

12. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1110) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi»nin «Şuranın üzvləri» hissəsində «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» sözləri ilə əvəz edilsin.

13. «Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 606 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 752; 2004-cü il, № 12, maddə 994; 2005-ci il, № 10, maddə 910) qüvvədən düşmüş hesab edilsin.

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

14.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

14.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

15. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin