RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar müəllim”
Qəhrəmanova Çimnaz Müslüm qızı
“Əməkdar həkim”
Yusif-zadə Kənan Rafael oğlu - tibb xidməti polkovnik-leytenantı
Fərəcova Sona Ədalət qızı - tibb xidməti polkovnik-leytenantı
“Əməkdar dövlət qulluqçusu”
Namazova Raisə Vəli qızı
“Əməkdar jurnalist”
Cahangirov Rövşən Qiyas oğlu - kapitan
“Əməkdar tibb işçisi”
Əlirzayeva Heyranə Tofiq qızı - baş gizir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2017-ci il.