Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar müəllim”

Quliyeva Şöhrət Rüfət qızı

“Əməkdar həkim”

Məmmədov Fariz Nurəddin oğlu - tibb xidməti polkovnik-leytenantı

Abasov Rahil Fəyaz oğlu - tibb xidməti mayoru

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Mirzəyev Elşən Cəbrayıl oğlu - polkovnik

Həsənov Adil Məmməd oğlu

“Əməkdar mühəndis”

Mustafayev Elman Tapdıq oğlu - polkovnik 

Yusifov Azər Əlfrat oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin