Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 11, maddə 946) aşağıdakı dəyişikliklər edilsin:
   1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
    “Maddə 1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun   2011-ci il büdcəsinin gəlirləri 2165540000,0 manat, xərcləri 2165540000,0 manat məbləğində təsdiq edilir.”.
   2. 2-ci maddədəki cədvəlin 3-cü bəndində “691000000,0” rəqəmləri “886000000,0” rəqəmləri ilə əvəz edilsin.
    3. 3-cü maddədəki cədvəlin 1-ci bəndində “1916980000,0” rəqəmləri “2111980000,0” rəqəmləri ilə, 1.1-ci yarımbəndində “1852430000,0” rəqəmləri “2047430000,0” rəqəmləri ilə əvəz edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
 

 

2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsində pensiya artımı ilə bağlı əlavə xərclər
 
195000000,0

 

 
 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 27 may 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin