Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu

 
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
 
Maddə 1. Büdcənin ümumi göstəriciləri
 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin gəlirləri 2 454 300 000,0 manat, xərcləri 2 454 300 000,0 manat məbləğində təsdiq edilir.
            
 Maddə 2. Gəlirlər
 
Müəyyən edilsin ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
 
 
                            Gəlirlərin mənbələri
Məbləğ (manatla)
1.
 Məcburi dövlət sosial sığorta haqları, cəmi
 o cümlədən:
1 407 500 000,0
1.1.
 büdcədən maliyyələşən təşkilatlar üzrə
506 657 910,0
1.2.
 büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə
69 089 680,0
1.3.
 dövlət büdcəsindən ayrılan subsidiya hesabına və 
 büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri, ali
 təhsil müəssisələrində yeni maliyyələşmə  
 mexanizminin tətbiqi üzrə daxilolmalar
 
 
 
61 752 410,0
1.4.
 digər sığortaedənlər
 o cümlədən:
770 000 000,0
 
 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə
31 900 000,0
2.
 Sair gəlirlər, cəmi
 o cümlədən:
2 500 000,0
 
 sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə
 daxilolmalar
 
1 500 000,0
3.
 Dövlət büdcəsindən ayırmalar (transfert)
1 044 300 000,0
 
Maddə 3. Xərclər
 
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
 
 
                          Xərclərin istiqamətləri
Məbləğ (manatla)
1.
 Əhaliyə ödənişlər, cəmi
 o cümlədən:
2 393 720 000,0
1.1.
 əmək pensiyalarının ödənilməsinə, cəmi
 o cümlədən:
2 322 540 000,0
 
 əmək pensiyalarının baza hissəsinə
1 302 220 000,0
 
 əmək pensiyalarının sığorta hissəsinə
1 020 320 000,0
1.2.
 məcburi dövlət sosial sığorta haqları hesabına 
 müavinətlərə, cəmi
 ondan:
 
71 180 000,0
 
 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə
21 000 000,0
 
 hamiləliyə və doğuşa görə
25 000 000,0
 
 uşağın anadan olmasına görə
4 000 000,0
 
 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar
6 000 000,0
 
 dəfn üçün
10 400 000,0
 
 işsizliyə görə
4 780 000, 0
2.
 Pensiya və müavinətlərin əhaliyə çatdırılması,
 bank əməliyyatlarının aparılması üzrə xidmət
 haqqı xərcləri
 
 
18 850 000,0
3.
 Sığortaolunanların sanatoriya-kurort müalicəsi və 
 sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi
 üzrə Azərbaycan Həmkarlar İttifaqları
 Konfederasiyası vasitəsilə maliyyələşdirilən
 xərclər, cəmi
 o cümlədən:
 
 
 
 
15 660 000,0
3.1.
 sanatoriya-kurort müalicəsi və istirahət üçün
 yollayışların alınmasına
 
12 400 000,0
3.2.
 sığortaolunanların uşaqlarının sağlamlıq
 düşərgələrində istirahətinin təşkilinə
 
250 000,0
3.3.
 sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb
 xidməti və ştatların saxlanılmasına
 
120 000,0
3.4.
 Azərbaycan Həmkarlar İttifaqları
 Konfederasiyasının idman cəmiyyətlərinə məxsus
 idman qurğularının qismən saxlanılmasına
 (işçilərin əməkhaqqının ödənilməsi)
 
 
         
1 890 000,0
3.5.
 Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi
 müfəttişliyinin, etimadlı həkimlərin, 
 sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların
 saxlanılmasına
 
 
 
1 000 000,0
4.
 Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və
 onun yerli orqanlarının saxlanılması xərcləri
 
21 600 000,0
5.
 Beynəlxalq təşkilatlara üzvlük haqlarının
 ödənilməsi xərcləri, cəmi
 o cümlədən:
 
40 000,0
5.1.
 Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük 
 haqqının ödənilməsi xərcləri
 
14 000,0
5.2.
 MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına
 üzvlük haqqının ödənilməsi xərcləri
 
26 000,0
6.
 “2009 — 2015-ci illərdə Azərbaycan
 Respublikasında sığorta-pensiya sisteminin 
 inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə
 tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər
1 430 000,0
7.
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin
 2008-ci il 22 dekabr tarixli 449s nömrəli
 Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
 Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası
 arasında Maliyyələşdirmə Sazişi (“Sosial
 Müdafiənin İnkişafı Layihəsi”)” üzrə xərclərin
 maliyyələşdirilməsi
 
 
 
 
 
 
3 000 000,0
             
 
Maddə 4. Borcların ödənişi
 
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
 
Maddə 5. Qalıq vəsaitlərdən istifadə
 
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 6. Büdcə təşkilatlarının sosial sığorta haqları üzrə daxilolmaların
               tənzimlənməsi
 
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
 
Maddə 7. Qanunun qüvvəyə minməsi
 
Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
  Bakı şəhəri, 6 dekabr 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin