Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin gəlirləri 2 632 695 000,0 manat, xərcləri 2 632 695 000,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
 
 
Gəlirlərin mənbələri
Məbləğ (manatla)
1.
 Məcburi dövlət sosial sığorta haqları, cəmi
 o cümlədən:
1 550 161 400,0
1.1.
 büdcədən maliyyələşən təşkilatlar üzrə
539 193 200,0
1.2.
 büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə
 
73 526 200,0
1.3.
 dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi üzrə daxilolmalar
 
 
 
77 442 000,0
1.4.
 digər sığortaedənlər
 o cümlədən:
860 000 000,0
 
 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər  üzrə
 
33 504 000,0
2.
 Sair gəlirlər, cəmi
 o cümlədən:
5 500 000,0
 
 sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar
 
1 500 000,0
3.
 Dövlət büdcəsindən ayırmalar (transfert)
1 077 033 600,0
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
 
 
                          Xərclərin istiqamətləri
Məbləğ (manatla)
 
1.
 Əhaliyə ödənişlər, cəmi
 o cümlədən:
2 570 271 000,0
1.1.
 əmək pensiyalarının ödənilməsinə, cəmi
 o cümlədən:
2 500 291 000,0
 
 əmək pensiyalarının baza hissəsinə
1 358 480 000,0
 
 əmək pensiyalarının sığorta hissəsinə
1 141 811 000,0
1.2.
 məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi
 ondan:
 
69 980 000,0
 
 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə
18 000 000,0
 
 hamiləliyə və doğuşa görə
22 000 000,0
 
 uşağın anadan olmasına görə
4 500 000,0
 
 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar
8 000 000,0
 
 dəfn üçün
12 671 000,0
 
 işsizliyə görə
4 809 000, 0
2.
 Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri
 
 
20 000 000,0
3.
 Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları
 Konfederasiyası vasitəsilə maliyyələşdirilən
 xərclər, cəmi
o cümlədən:
 
 
 
 
17 454 000,0
3.1.
 sanatoriya-kurort müalicəsi və istirahət üçün  yollayışların alınmasına
 
13 846 000,0
3.2.
 sığortaolunanların uşaqlarının sağlamlıq
 düşərgələrində istirahətinin təşkilinə
 
286 000,0
3.3.
 sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb  xidməti və ştatların saxlanılmasına
 
127 000,0
3.4.
 Azərbaycan Həmkarlar İttifaqları
 Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi)
 
 
         
2 099 000,0
3.5.
 Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, 
 sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına
 
 
 
1 096 000,0
4.
 Dövlət Sosial Müdafiə Fondunun mərkəzi 
 aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri
 
 
23 500 000,0
5.
 Beynəlxalq təşkilatlara üzvlük haqlarının
 ödənilməsi  xərcləri, cəmi
 o cümlədən:
 
40 000,0
5.1.
 Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük  haqqının ödənilməsi xərcləri
 
14 000,0
5.2.
 MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri
 
26 000,0
6.
 “2009-2015-ci illərdə Azərbaycan
 Respublikasında sığorta-pensiya sisteminin 
 inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər
1 430 000,0
Maddə 4. Borcların ödənişi
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Maddə 5. Qalıqlardan istifadə
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 6. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Maddə 7. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 30 noyabr 2012-ci il.-

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin