Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Tikintidə təhlükəsizliyə nəzarətin həyata keçirilməsi və bu nəzarətin hüquqi təminatı sahələrində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Sadiqov Fəxrəddin Xəlil oğlu

Zeynalov Lətif Məcid oğlu

“Əməkdar hüquqşünas”

Rzayeva Zenfira Süleyman qızı.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin