Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN HƏRBİ QULLUQÇULARININ HƏRBİ GEYİM FORMASI VƏ XÜSUSİ RÜTBƏSİ OLAN ƏMƏKDAŞLARININ GEYİM FORMASI VƏ FƏRQLƏNDİRMƏ NİŞANLARI HAQQINDA ƏSASNAMƏ”NİN VƏ “AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN HƏRBİ QULLUQÇULARININ HƏRBİ GEYİM FORMASI VƏ XÜSUSİ RÜTBƏSİ OLAN ƏMƏKDAŞLARININ GEYİM FORMASI VƏ FƏRQLƏNDİRMƏ NİŞANLARININ TƏSVİRLƏRİ”NİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün geyim formasının və fərqləndirmə nişanlarının təchizat normasını müəyyən etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin