Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, ”Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Vüqar Emin oğlu İbrahimov Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilsin.

 

Azərbaycan Respublikası
Milli Məclisinin sədri                         Sahibə Qafarova

Bakı şəhəri, 30 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin