AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ İTALİYA RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA ANLAŞMA MEMORANDUMUNUN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2002-ci il iyunun 25-də Roma şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında kiçik və orta müəssisələr sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İtaliya Respublikası tərəfini xəbərdar etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2002-ci il