Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 25-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 noyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin