Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ BÖYÜK LİVİYA ƏRƏB XALQ SOSİALİST CƏMAHİRİYYƏSİ ARASINDA DİPLOMATİK, XİDMƏTİ VƏ XÜSUSİ PASPORTLARA MALİK ŞƏXSLƏRİN VİZA TƏLƏBİNDƏN AZAD OLUNMASI HAQQINDA” ANLAŞMA MEMORANDUMUNUN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

“Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında” 2010-cu il martın 8-də Tripoli şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin