Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 266-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in icrasını və ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
 
       Şahin Mustafayev
-           Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Komissiyanın üzvləri:
 
        Aslan Aslanov
-          Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
      Firdovsi Əliyev
-          Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
    Gülməmməd Cavadov
-          Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini
       Xələf Xələfov
-          Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
       İltimas Məmmədov
-          Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini
      Qulu Novruzov
-          Azərbaycan Respublikası təhsil nazirinin müavini
      Musa Pənahov
-          Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
      Nazim Səmədov
-          Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
      Ragim Lətifov
-          Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
      Səfər Mehdiyev
-          Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
      Rüstəm Şahbazov
-          Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini
      Eldar Həsənov
-          Azərbaycan Respublikasının Monteneqrodakı Fövqəladə və Səlahiyyətli səfiri
      Xəqani Abdullayev
-          Azərbaycan Respublikasının Mərkəzi Bankı sədrinin müavini
      İlqar İsayev
-          Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Monteneqro tərəfinə müvafiq bildiriş göndərsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 7 mart 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin