RƏSMİ SƏNƏDLƏR
“AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ QƏTƏR DÖVLƏTİ HÖKUMƏTİ ARASINDA HAVA DAŞIMALARINA DAİR” SAZİŞİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair” 2007-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2008-ci il.