Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ VYETNAM SOSİALİST RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA DİPLOMATİK, XİDMƏTİ VƏ YA RƏSMİ PASPORTLARA MALİK VƏTƏNDAŞLARIN VİZASIZ GEDİŞ-GƏLİŞİ HAQQINDA” SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” 2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin