Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi,ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 101) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

Komissiyanın həmsədri

Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Komissiyanın üzvləri:

Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini

Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Musa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ədalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Cavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Fərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Ehtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini

Vadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

Etibar Pirverdiyev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Arif Əsgərov — “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Xoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Məmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İran İslam Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2014-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin