RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ ÖZBƏKİSTAN RESPUBLİKASI ARASINDA ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN YENİ TƏRKİBİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 1997-ci il iyunun 18-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın yaradılması haqqında Protokol”un 2-ci və 3-cü bəndlərinə müvafiq olaraq, Birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
Birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən sədri:
Yaqub Eyyubov - Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini
Birgə komissiyanın üzvləri:
Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri
Füzuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Nazim İbrahimov - Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri
Xələf Xələfov - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
İlqar Fəti-zadə - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini
Niyazi Səfərov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini
Bəhram Əliyev - Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini
Namiq Abbasov - Azərbaycan Respublikasının Özbəkistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri
Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)
2. “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli 705 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddə 527) qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2007-ci il.