RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ ÜZVLƏRİNİN VƏ ƏVƏZEDİCİ ÜZVLƏRİNİN SEÇİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
“Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.7-ci və 22-ci maddələrinə əsasən, habelə Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Azərbaycan Kommunist Partiyasının, Azərbaycan Respublikasının Milli Məclisinə birmandatlı seçki dairələri üzrə seçilmiş, çoxmandatlı seçki dairəsi üzrə seçkilər nəticəsində Milli Məclisdə təmsil olunmayan siyasi partiyaları təmsil edən deputatların və müstəqil qaydada seçilən deputatların, Azərbaycan Demokrat Partiyasının, Azərbaycan Liberal Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının və Müsavat Partiyasının təqdimatlarını nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Aşağıdakılar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri seçilsinlər:
Pənahov Məzahir Məhəmməd oğlu
Qasımova Svetlana Çingiz qızı
Cavadov Fuad Musa oğlu
İbrahimov Ramiz Hilal oğlu
Kazımova Validə Faiq qızı
Orucov Qabil Əhməd oğlu
Mahmudov Asif Yusif oğlu
Əliyev Ənvər Abbas oğlu
Əhmədov Xanmurad Həşim oğlu
Tağıyev Azər Cabir oğlu
Məmmədov İlham Sabir oğlu
Nəsirov İnqilab Maşallah oğlu
Bağırzadə Yusif Qəzənfər oğlu
Əliyev Asəf Oruc oğlu
Mahmudov Vidadi Cəmil oğlu
II. Aşağıdakılar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvləri seçilsinlər:
Ağayev Zeynal Qurban oğlu
Qurbanov Sadiq Haqverdi oğlu
Hümbətov Surəddin Məmmədhüseyn oğlu
Nəsirov Elşad Haqverdi oğlu
Bayramov Mənsum İbrahim oğlu
Hacıyev Etibar Məmməd oğlu
Allahverdiyev Tofiq Əbdürəhim oğlu
Həsənov Tofiq Eldar oğlu
Əsədov Vamiq Mikayıl oğlu
Əliyev Taliyət Məhəmməd oğlu
Əlizadə Arzuxan Baxşəli oğlu
Hadi Mirismayıl Qabil oğlu
Azərbaycan Respublikası
Milli Məclisinin sədri M.Ələsgərov
Bakı şəhəri, 13 iyun 2003-cü il