Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 14-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1108; 2014, № 8, maddə 1006; 2017, № 4, maddə 638; 2018, № 9, maddə 1912) 1-ci hissəsinin “Kollegiyanın üzvləri:” bölməsi aşağıdakı redaksiyada verilsin:

“Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Milli Arxiv Fondu sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin direktoru.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 noyabr 2023-cü il

№ 425

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin