Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ DEPUTATININ STATUSU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNADƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (1997-ci il, № 2, maddə 106; 2001-ci il, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 4; Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 718-IIQD nömrəli Qanunu) 21-ci maddəsinin üçüncü hissəsi çıxarılsın və aşağıdakı redaksiyada yeni üçüncü, dördüncü və beşinci hissələr əlavə edilsin:

“Milli Məclisin sədri şərti maliyyə vahidinin 1400 misli miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.”.

II. Bu Qanun 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 sentyabr 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin