Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN 1994-CÜ İL 29 NOYABR TARİXLİ 928 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ HAQQINDA ƏSASNAMƏ”YƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

I. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 493; 1998-ci il, №2, maddə 71; 2001-ci il, №11, maddələr 669, 674; 2002-ci il, №7, maddə 395; 2004-cü il, №4, maddə 199; 2006-cı il, №2, maddə 64, №11, maddə 933, №12, maddə 1006; 2007-ci il, №1, maddə 4, №4, maddə 319) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 5-ci bəndinin üçüncü abzasında “, hərbi vəzifəsi haqqında hərbi bileti və ya təhkim şəhadətnaməsini” sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin