Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DAXİLİ NİZAMNAMƏSİNƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 107; 1999-cu il, № 5, maddə 284; 2000-ci il, № 6, maddə 380, № 12, maddə 832, maddə 834; 2003-cü il, № 2, maddə 77; 2004-cü il, № 5, maddə 314) aşağıdakı dəyişikliklər edilsin:

1.1-ci maddənin 4-cü hissəsində “iyul ayının 1-dən” ifadəsi “iyul ayının 15-dən” ifadəsi ilə, “avqust ayının 15-dək” ifadəsi “avqust ayının 30-dək” ifadəsi ilə əvəz edilsin.

2. 1-ci maddənin 5-ci abzası yeni redaksiyada verilsin:

“Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.”

3. 1-1-ci maddədə “fevralın 1-dək” sözləri “martın 10-dək” sözləri ilə, “fevralın 1-dən” sözləri “martın 10-dan” sözləri ilə əvəz edilsin.

4. 31-ci maddədən “Milli Məclisin deputatı mandatından özü imtina etdikdə, onu deputat mandatından məhrum edir;” cümləsi çıxarılsın.

5. 48-ci maddədə “Katibliyi” sözü “Aparatı” sözü ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 may 2006-cı il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin