Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik və əlavə edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır:

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. Qərarın 37-ci bəndi aşağıdakı redaksiyada verilsin:

Azərbaycan - Koreya parlamentlərarası əlaqələr

üzrə işçi qrupu:

Həsənov Malik Əvəz oğlu

2. Qərarın 37-75-ci bəndləri müvafiq olaraq 38-76-cı bəndlər hesab edilsin və Qərara aşağıdakı məzmunda 37-ci bənd əlavə edilsin:

Azərbaycan - Kolumbiya parlamentlərarası əlaqələr

üzrə işçi qrupu:

Fətiyev Xanlar Nuru oğlu

O.Əsədov

Azərbaycan Respublikası

Milli Məclisinin sədri

Bakı şəhəri, 29 iyun 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin