RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HƏRBİ QULLUQÇULARI R.R.LƏLƏYEVİN VƏ X.Q.HƏSƏNOVUN “İGİDLİYƏ GÖRƏ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının dövlət sərhədlərinin qorunmasında müqəddəs əsgəri və xidməti borclarını yerinə yetirərkən fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “İgidliyə görə” medalı ilə təltif edilsinlər /ölümündən sonra/:
1. Lələyev Ramin Rafiq oğlu - sıravi
2. Həsənov Xəlil Qədir oğlu - sıravi
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2001-ci il