Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HƏRBİ QULLUQÇULARININ HƏRBİ GEYİM FORMASI VƏ FƏRQLƏNDİRMƏ NİŞANLARI HAQQINDA ƏSASNAMƏ”NİN VƏ “AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HƏRBİ QULLUQÇULARININ HƏRBİ GEYİM FORMASI VƏ FƏRQLƏNDİRMƏ NİŞANLARININ TƏSVİRLƏRİ”NİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilsin.
2. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsviri” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. bir ay müddətində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını müəyyən etsin;
3.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki:
4.1. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları”nı təsdiq etsin;
4.2. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının xüsusi geyim və hərbi ləvazimatın tərkibi, təsviri, təminat və daşımaq Qaydaları”nı təsdiq etsin.
5. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 mart 2005-ci il tarixli 217 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 176) qüvvədən düşmüş hesab edilsin.
6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin