SİYASƏT
Azərbaycan Respublikası müdafiə nazirinin İrana səfəri ilə bağlı yayılmış informasiyalar həqiqəti əks etdirmir
Tehran, 3 dekabr (AZƏRTAC). Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin İran İslam Respublikasına səfər edəcəyi barədə məlumatlar yayılmışdır. AZƏRTAC-ın xüsusi müxbiri bu məsələ ilə bağlı yayılan informasiyaları dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının İrandakı hərbi attaşesi Mehman Süleymanova müraciət etmişdir:
-Mehman müəllim, müdafiə naziri Səfər Əbiyevin İrana səfəri ilə bağlı informasiyalar haradan qaynaqlanır?
-Bu informasiyalar İran kütləvi informasiya vasitələrində çap olunmuş məlumat əsasında yayılmışdır. Lakin məlumatın doğruluğu Azərbaycanın və İranın müvafiq rəsmi orqanları tərəfindən təsdiqlənməmişdir. Əgər gələcəkdə belə bir səfər planlaşdırılarsa, rəsmi qaydada ictimaiyyətə məlumat veriləcəkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran