Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar hüquqşünas”

Kişiyev Rauf İsmayıl oğlu - polkovnik

“Əməkdar həkim”

Tağıyev Tofiq Tağı oğlu - tibb xidməti polkovnik-leytenantı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin