Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalı haqqında
Əsasnamə

Azərbaycan Respublikasının

2013-cü il 30 sentyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin