Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi barədə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.

2. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilə əlaqədar irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

3. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin cari ildə Naxçıvan Dövlət Universitetinin tabeliyində fəaliyyətinin maliyyələş-dirilməsi Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi üzrə nəzərdə tutulmuş vəsait çərçivəsində davam etdirilsin, 2024-cü ildən isə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsində qeyd olunan maliyyələşmə məsələlərini növbəti illərin Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin tərtibi prosesində nəzərə alsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2023-cü il

№ 208

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin