Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 84

Bakı şəhəri, 17 aprel 2012-ci il

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə"nin 16-cı bəndinə əsasən, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiya üzvlərinin sayı 5 (beş) nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

İmanov Kamran Sultan oğlu - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri

Kollegiyanın üzvləri

Kərimov Fuad Hüsü oğlu - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin aparatının rəhbəri

İsayev Natiq Əli oğlu - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri

Həsənli Xudayət İsgəndər oğlu - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri

Mustafayeva Gülarə Binnət qızı - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri

2. "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 68 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №4, maddə 394; 2008, №9, maddə 871) ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin