RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 137
Bakı şəhəri, 25 iyun 2012-ci il
"Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 310-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 2128 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan SSR-nin dövlət mühafizəsində olan memarlıq abidələrinin siyahısı"nın "Tovuz rayonu" bölməsinin 446-cı bəndində "Girzan" sözü "Hunanlar" sözü ilə, 2 nömrəli əlavə - "Azərbaycan SSR-nin dövlət mühafizəsində olan arxeoloji abidələrinin siyahısı"nın "Tovuz rayonu" bölməsinin 244-cü bəndində "Azaplı" sözü "Azaflı" sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə