Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsipləri”ndə, 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsi”ndə, 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqram”ında, 1997-ci il 5 dekabr tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”də, 1998-ci il 21 may tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı”nda, 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də və 1999-cu il 27 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsipləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.1-ci bəndin üçüncü abzasında, 4.3-cü bəndin birinci abzasında “ərzaq” sözü “qida” sözü ilə, 4.6-cı bəndin altıncı abzasında “ərzaq mallarına” sözləri “qida məhsullarına” sözləri ilə əvəz edilsin;

1.2. 4.3-cü bəndin üçüncü abzasında “yeyinti məhsullarının və ərzaq xammalının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

1.3. 4.9-cu bəndin on səkkizinci abzasında “ərzaqla,” sözü “qida və” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 15-ci hissədə və 55-ci hissənin birinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

2.2. 18-ci hissənin üçüncü abzasında və 19-cu hissədə “yeməklə” sözü “qida ilə” sözləri ilə əvəz edilsin;

2.3. 55-ci hissənin ikinci cümləsində “yeməyin” sözü “qidanın” sözü ilə əvəz edilsin;

2.4. 60-cı hissənin beşinci abzasında “yeməklərin” sözü “qidaların” sözü ilə əvəz edilsin;

2.5. 71-ci hissənin birinci cümləsində “ərzağın” sözü “qidanın” sözü ilə əvəz edilsin;

2.6. 72-ci hissənin birinci cümləsində “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqram”ının 1-ci hissəsinin onuncu abzasında “ərzaq və qeyri-ərzaq mallarına” sözləri “qida və qeyri-qida məhsullarına” sözləri ilə, 5.2-ci bəndinin on ikinci abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 7.5-ci bəndinin beşinci abzasının ikinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı”nın 11-ci hissəsində “Ərzaq” sözü “Qida” sözü ilə, 12-ci hissəsində “ərzaq malları” sözləri “qida məhsulları” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”nin 2.6.14-cü yarımbəndinin on ikinci abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”na 1 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisində ümumi yayılmış faydalı qazıntıların siyahısı”nın 9-cu sətrində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 yanvar 2024-cü il

№ 12

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin