Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 2 avqust tarixli 271 nömrəli və “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2023-cü il 20 fevral tarixli 56 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 735-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 960) ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödə-mənin verilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.5-ci bəndə “əlavə edilməklə” sözlərindən sonra “(bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.2. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurum-larından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;

1.3. 2.10-cu bəndin üçüncü cümləsinə “aradan qaldırılması” sözlərindən sonra “(bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 319) ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EHİS vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydaya uyğun olaraq tələb olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;

2.2. 4.7-ci bəndin birinci cümləsinə “əlavə olunduğu” sözlə-rindən sonra “(bu Qaydanın 4.6-cı bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.3. 4.13-cü bənddə “Sığorta” sözü “Bu Qaydanın 4.6-cı bəndinin tələbi nəzərə alınmaqla sığorta” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 16 noyabr 2023-cü il

№ 417

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin