Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 867-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 iyun tarixli 2166 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 76, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V kitab), maddə 1580; 2021, № 3, maddə 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414; 2023, № 5, maddə 723, № 6, maddə 851, № 8 (II kitab), maddələr 1256, 1273) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci hissənin üçüncü abzasına “maraqlı şəxs” sözlərindən sonra “(sosial xidmət müəssisəsində yerləşdirilən şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 15-2-ci hissə əlavə edilsin:

“15-2. Sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər notariat ofisinə gəlmədən, əvvəlcədən onların xahişi ilə sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş (notariat hərəkət-lərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətlərinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən sosial xidmət müəssisələrinə yerləşdirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi nəzərə alınmaqla) notariusa təqdim edilməklə notariat hərəkəti sosial xidmət müəssisəsində aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir:

15-2.1. bildirişdə müraciət edilən notariat hərəkətlərinin adı və sayı, xidmətin göstərildiyi yer və başlanma və başa çatma vaxtı (gün və saat), müraciət edənin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi və əlaqə vasitələri (mobil və stasionar telefon nömrələri) əks edilir;

15-2.2. sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş notariat işində saxlanılır;

15-2.3. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin rəsmiləşdirilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır;

15-2.4. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər barəsində notariat hərəkətləri sosial xidmət müəssisələrinin olduğu inzibati ərazi üzrə notariat ofisinin və ya həmin müəssisənin yerləşdiyi əraziyə ən yaxın notariat ofisinin notariusu tərəfindən aparılır;

15-2.5. notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 28 noyabr 2023-cü il

№ 428

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin