Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda, 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda, 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda, 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda və 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.26-cı yarımbən-dində “ərzaq” sözü “qida” sözü ilə, 13.3.4-cü yarımbəndində “ərzaqla, çörək məmulatları ilə” sözləri “qida məhsulları ilə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın II fəslinin 7.3-cü bəndinin ikinci abzasının ikinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin və həmin abzasdan “, o cümlədən şərablar və spirtli içkilərin” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.26-cı yarımbəndin üçüncü abzasının birinci cümləsində, 2.2.53-cü yarımbənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

3.2. həmin Qaydalara 5 nömrəli əlavə - “Təhlükəli yüklərin təhlükəsiz yüklərlə birgə daşınmasının mümkünlüyü cədvəli”nin “Təhlükəsiz yüklərin adı” sütununun səkkizinci hissəsində “Ərzaq və taxıl” sözləri “Qida” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.3-cü bəndin səkkizinci abzasında “ərzaq məhsullarının və içkilərin” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.2. 5-ci hissənin “Təhlükəli yüklərin siyahısı” cədvəlində “Ərzaq” sözü müvafiq olaraq “Qida” sözü ilə, “ərzaq” sözü müvafiq olaraq “qida” sözü ilə əvəz edilsin;

4.3. “6.3.3. 3-cü sinif” bölməsinin “TAM-ın birgə daşınması” hissəsinin ikinci abzasında “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;

4.4. “6.3.6. 6-cı sinif” bölməsinin “Birgə daşınmalar” hissəsinin ikinci abzasında və “Yüklərin müvəqqəti saxlanılması” hissəsində “ərzaq, çörək-yem” sözləri “qida, yem” sözləri ilə əvəz edilsin;

4.5. 12.5-ci bəndin səkkizinci abzasında hər iki halda “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

4.6. Qaydalara 1 nömrəli əlavə - “Hava nəqliyyatı ilə birgə daşınmasına yol verilən təhlükəli yüklər (“0” - yol verilmir, “+” yol verilir)”də “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;

4.7. Qaydalara 12 nömrəli əlavə - “Təhlükəlilik nişanları”nda “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin 67-ci hissəsində “ərzaq” sözü “qida” sözü ilə, 76-cı hissəsində “ərzağın” sözü “qidanın” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 yanvar 2024-cü il

№ 6

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin