Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 noyabr tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 14 mart tarixli 21 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 noyabr tarixli 183 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 685 (Cild I) ilə təsdiq edilmiş “Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının vəzifəli şəxslərinin Siyahısı”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. aparatın rəhbəri;”.

2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. katibliyin rəisi;”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 iyun 2024-cü il

№ 302

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin