Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”də və 2019-cu il 26 aprel tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il

13 may tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 250; 2005, № 10, maddə 988; 2006, № 3, maddə 307; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2010, № 3, maddə 264; 2011, № 11, maddə 1067; 2012, № 7, maddə 774; 2020, № 2, maddə 210; 2021, № 9, maddə 1073; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin

6.5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “, onların” sözü “, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin” sözləri ilə əvəz edilsin;

1.2. “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il

26 aprel tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 780; 2020, № 2, maddə 209, № 8, maddə 1099; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin

6.7-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. “, onların” sözü “, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin” sözləri ilə əvəz edilsin;

2.2. “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 dekabr 2023-cü il

№ 446

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin