Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 936-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 542; 2006, № 11, maddə 1003; 2009, № 1, maddə 22; 2013, № 6, maddə 761; 2015, № 12, maddə 1594; 2016, № 3, maddə 613, № 6, maddə 1227, № 8, maddə 1449; 2019, № 4, maddə 755; 2020, № 5, maddə 654; 2022, № 2, maddə 185; 2023, № 7, maddə 1087) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 5.11-ci bənddə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

2. 5.16-cı bəndin ikinci cümləsində “təkrarən yerləşdirilməli” sözləri “özgəninkiləşdirilməli” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 dekabr 2023-cü il

№ 466

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin