Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda, 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda, 2018-ci il 26 fevral tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nda, 2018-ci il 13 iyun tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası”nda, 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da və 2019-cu il 8 avqust tarixli 351 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 22-ci hissəsində “Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qiymətlən-dirilməsi” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respub-likasının Qanununda nəzərdə tutulmuş hallarda qida məhsullarının nümunələrinin tədqiqi (sınağı)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. “II. “İQTİSADİYYAT, XİDMƏT, AVTOMATİKA VƏ İDARƏETMƏ” PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ” hissənin “030204 Kommersiya” ixtisas qrupunda hər iki halda “Ərzaq” sözü “Qida” sözü ilə, “qeyri-ərzaq” sözü “qeyri-qida” sözü ilə, hər iki halda “malları” sözü “məhsulları” sözü ilə əvəz edilsin;

2.2. “VIII. “İLKİN TƏLƏBAT VƏ ƏRZAQ MALLARININ TEXNOLOGİYASI” PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ” hissəsinin adında “ƏRZAQ MALLARININ” sözləri “QİDA MƏHSULLARININ” sözləri ilə, “030808 Pivəçəkmə”, “030811 Bitki və marqarin yağı istehsalı”, “030812 Yeyinti məhsulları istehsalı avadanlıqları” ixtisas qruplarında “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 fevral tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın 4.3-cü bəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyun tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası”nın 2.4-cü bəndində “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”na” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”a 4 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Tədris Proqramı”nın 8-ci hissəsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 351 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın 5.3-cü bəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 yanvar 2024-cü il

№ 13

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin