Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627; 2015, № 5, maddə 659; 2016, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643, № 7, maddə 1501, № 12 (II kitab), maddə 2484; 2020, № 4, maddə 496, № 10, maddələr 1260, 1295, № 11, maddə 1413; 2022, № 4, maddə 401, № 8, maddələr 974, 979, 1015) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.14-cü bənd əlavə edilsin:

“1.14. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.”.

2. 2.8-ci bənd üzrə:

2.1. birinci abzasdan “, eləcə də icbari narkoloji müayinəyə” sözləri çıxarılsın;

2.2. ikinci abzasdan “, eləcə də icbari narkoloji müayinəsi” sözləri çıxarılsın.

3. 2.10-cu bəndin ikinci abzasından “, eləcə də icbari narkoloji müayinədən” sözləri çıxarılsın.

4. 3.1-ci bəndin dördüncü abzasından “, eləcə də icbari narkoloji” sözləri çıxarılsın.

5. 6.1-ci bəndin üçüncü abzasından “, eləcə də icbari narkoloji müayinəyə” sözləri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 aprel 2023-cü il

№ 139

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin