RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli Qərarı ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanu-nunun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 iyun tarixli 2174 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 444; 2014, № 2, maddə 201, № 7, maddə 942; 2015, № 2, maddə 230; 2017, № 5, maddə 964, № 10, maddə 1911) ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bəndə “Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra “və Qida Təhlükəsizliyi Agentliyi (baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinə münasibətdə)” sözləri əlavə edilsin.
2. 2.2.1-ci yarımbənddə “müvafiq qanunvericiliyin, o cümlədən atçılığa dair normativ sənədlərin” sözləri “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydaların, seleksiya nümunələri və damazlıq heyvandarlığın norma və qaydalarının” sözləri ilə əvəz edilsin.
3. 2.3-cü bənddə “baytarlıq-sanitariya” sözləri “baytarlıq (baytarlıq-sanitariya)” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 noyabr 2023-cü il
№ 420