Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu mad-dəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325; 2017, № 4, maddə 620, № 7, maddə 1500; 2018, № 11, maddə 2452; 2019, № 2, maddə 343, № 7, maddə 1355; 2020, № 1, maddə 81; 2022, № 6, maddə 690; 2023, № 4, maddə 596) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Magistratura səviyyəsi üzrə” bölməsində “XTM060010 Sərhəd təhlükəsizliyi və idarəetmə - Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” sətri aşağıdakı redaksiyada verilsin:

“XTM060010*** Sərhəd təhlükəsizliyi və idarəetmə - Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)”.

2. Təsnifatın sonunda göstərilmiş qeyd hissəsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“*** Bu ixtisasa aldıqları ixtisasdan asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən ali təhsilli zabitlər Dövlət Sərhəd Xidmətinin Akademiyasının qəbul şərtlərinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 oktyabr 2023-cü il

№ 353

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin