Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 iyul tarixli 2257 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 939; 2015, № 5, maddə 655; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2018, № 1, maddə 138; 2019, № 3, maddə 514; 2020, № 11, maddə 1402; 2022, № 7, maddə 819, № 8, maddələr 974, 1025) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddən “yaşayış yeri və ya olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra - SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələrində” sözləri çıxarılsın.

2. 1.4-cü bənddə “SHXÇDX-nin” sözləri “yaşayış yeri və ya olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra - SHXÇDX)” sözləri ilə əvəz edilsin.

3. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.7. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır.”.

4. Aşağıdakı məzmunda 1.8-ci və 1.9-cu bəndlər əlavə edilsin:

“1.8. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınırlar.

1.9. Bu Qaydanın 1.8-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilir.”.

5. 2.1-ci bəndə “Vətəndaşlar” sözündən sonra “(bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin.

6. 2.2-ci bəndə “vəzifəlilər” sözündən sonra “(bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin.

7. 2.3-cü bəndə “bölmələrinə” sözündən sonra “, bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər isə hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin.

8. 2.4-cü bəndə “vəzifəlilər” sözündən sonra “(bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin.

9. 3.1-ci bəndə “qeydləri” sözündən sonra “, bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəliləri isə onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin qeydi” sözləri əlavə edilsin.

10. 4.1-ci bəndə “bölmələrinə” sözündən sonra “, bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər isə hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin.

11. 4.2-ci bəndə “bölmələrinə” sözündən sonra “, bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər isə hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 dekabr 2023-cü il

№ 443

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin