Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 oktyabr tarixli 329 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 2023-cü il 19 aprel tarixli 2110 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2023-cü il 19 aprel tarixli 2111 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 oktyabr tarixli 329 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1299; 2023, № 5, maddə 715) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumat-ların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4-cü, 3.5-ci bəndlərdə, 3.7.3-cü və 3.8.2-ci yarımbəndlərin ikinci cümlələrində, 4.2.2-ci, 4.2.3-cü və 7.3.4-cü yarımbəndlərdə “təyin edən” sözləri “məlumatlarını daxil edən” sözləri ilə əvəz edilsin.

2. 3.8-ci bənddə “çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin (onların tərkib hissələrinin)” sözləri “çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin” sözləri ilə, “ünvanların təyin edilməsi və” sözləri “dair ünvan məlumatlarının” sözləri ilə əvəz edilsin.

3. 3.8.1-ci və 3.8.2-ci yarımbəndlərin birinci cümlələrində “təyin” sözü “daxil” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 avqust 2023-cü il

№ 292

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin