Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 2109 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 57, № 11, maddə 1417; 2016, № 6, maddə 1193, № 10, maddələr 1725, 1743; 2017, № 4, maddə 636, № 6, maddə 1219, № 10, maddə 1882; 2018, № 1, maddə 139, № 11, maddə 2454; 2019, № 7, maddə 1311, № 12, maddə 2074; 2020, № 2, maddə 190, № 6, maddə 813; 2021, № 2, maddə 195; 2022, № 2, maddə 183, № 4, maddə 382) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın 6.10-2-ci bəndi ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 noyabr 2023-cü il

№ 414

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin