Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də və 2010-cu il 26 yanvar tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2148 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454; 2018, № 4, maddə 813, № 5, maddə 1127; 2019, № 3, maddə 518; 2020, № 4, maddə 477, № 11, maddə 1381; 2021, № 11, maddə 1258; 2022, № 2, maddə 172, № 3, maddə 268) ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın 1.6-cı bəndindən “(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi)” sözləri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 oktyabr 2023-cü il 

№ 374

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin